Kabildə silahlı hücum -

Əfqanıstanın paytaxtı Kabildə silahlı hücum olub.

Metbuat.az xəbər verir ki, Kabil Polis İdarəsinin sözçüsü Firdovsi Fərəmərz Kabilin Güldərə rayonunda beş nəfərin kimliyi bilinməyən şəxslər tərəfindən hücuma məruz qaldığını açıqlayıb.

Hücum nəticəsində ikisi təhlükəsizlik güclərinin təmsilçisi olmaqla, beş nəfər həyatını itirib. Hücum edənlər bölgədən qaçıb.

Hücumu hələlik heç kim üzərinə götürməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR