"Al Jazeera” televiziyasının ofisinə basqın edildi

Tunisdə çevrilişdən sonra “Al Jazeera” televiziyasının ofisinə basqın edilib.

Metbuat.az xəbər verir ki, Qətərə məxsus televiziya binası polis tərəfindən nəzarətə götürülüb. Məlumata görə, televiziyanın işçiləri binadan çıxarılıb. Basqının səbəbləri barədə məlumat verilməyib.

Xatırladaq ki, prezident Kais Səid gecə saatlarında yayımladığı görüntülü müraciətində parlamenti buraxdığını, millət vəkillərinin toxunulmazlığını ləğv etdiyini, parlamentin bütün səlahiyyətlərini dondurduğunu və Baş nazir Hişam əl-Məşişini postundan uzaqlaşdırdığını elan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR