Həkimlər öldüyünü güman etdilər: Qəfil ayılıb hamını ŞOKA SALDI /

1980-cı ildə ABŞ-da baş verən hadisə hələ də yerli mətbuatın diqqətindədir.

Metbuat.az xəbər verir ki, 41 il əvvəl Cean Hilliar adlı 19 yaşlı qız yolda qəza ilə üzləşib. Nəticədə o piyada hərəkət etmək məcburiyyətində qalıb. Yaxınlıqda yaşayan rəfiqəsinin evinə getmək istəyən qız, evə az qalmış soyuqdan donub. Nəticədə qız, 22 saat 6 dərəcədə şaxtada qalıb. Səhər rəfiqəsi təsadüfən Hilliarla rastlaşıb və onu təcili xəstəxanaya çatdırıb. Həkimlər onun vəfat etdiyini güman ediblər.

Lakin bir neçə saatdan sonra donu açılan qız hərəkət etməyə başlayıb. Bir neçə gündən sonra özünə gələn qızın səhhətində ağır hal aşkarlanmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR