Türkiyənin Qazientep şəhərində qayıq hissələrinin saxlanıldığı depoda güclü yanğın baş verib.
Metbuat.az xəbər verir ki, yanğın zamanı ara-sıra partlayış səsləri də eşidilir. Dərhal əraziyə gələn xilasedicilər yaxınlıqda yaşayan sakinləri təxliyə edib. Yanğınsöndürənlər alovun qarşısını almaq üçün mübarizə aparır. Fəsadlar barədə məlumat yoxdur.
Hadisənin səbəbləri araşdırılır.