Rəşad Rəsulov: Kök hüceyrə müalicəsində yeni metodlar

Kök hüceyrə mütəxəssisi, həkim Rəşad Rəsulovun tibb sahəsində peşəkarlıq və nüfuz qazanmasının səbəbi beynəlxalq təcrübəyə yiyələnməsi, tibbi konfranslarda iştirakı və xaricdə əldə olunan biliyini öz işində layiqincə tətbiq etməsidir.

Doktor Raşad Rəsulov 2012-ci ildən Ege Universitetində genetika sahəsində araşdırmalara başlayıb. 2014-cü ildən etibarən eyni universitetin "Kök Hüceyrə" kafedrasında doktorantura proqramına qəbul olaraq kök hüceyrə sahəsində tibb üzrə fəlsəfə dərəcəsi ilə proqramı uğurla bitirib. Bu illər ərzində Rəşad Rəsulov müxtəlif növ xərçəng xəstəliklərində kök hüceyrələrin tətbiqini öyrənərək müalicəyə yeni metodlar tətbiq edib. O, ABŞ da daxil olmaqla, bir neçə ölkədə klinik və araşdırma sahəsində mütəxəssislərlə birlikdə yeni çalışmalar həyata keçirib, 10-larla xəstəyə kök hüceyrə müalicəsi tətbiq edərək onları yenidən həyata qaytarıb.

Peşəkar həkim tibb sahəsində apardığı araşdırmalar, görülən işlər və həyata keçirilən çətin əməliyyatlarla bu sahəyə öz töhvəsini verib. Uğurlu fəaliyyətini davam etdirən Rəşad Rəsulov eyni zamanda Türkiyə, İtaliya və ABŞ-da elmi çıxışlar edib, sertifikatlar və mükafatlarla təltif olunub. Bu yaxınlarda isə uğurlu fəaliyyətinə və kök hüceyrə müalicəsində gördüyü işlərə görə "Reputation Inc." şirkətinin təşkilatçılığı ilə Four Seasons Baku otelində baş tutan beynəlxalq "Golden Palm Awards" layihəsində mükafata layiq görülüb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR