Ermənilər qorxu içində: Mövqelərimiz darmadağın edildi -

Ermənistan mətbuatı dövlət sərhədinin Kəlbəcər istiqamətində baş verən son döyüşlərdən yazıb.

Metbuat.az xəbər verir ki, ermənilər Azərbaycan ordusunun cavab tədbirləri qarşısında aciz qaldıqlarını etiraf ediblər. Erməni mətbuatı şahidlərə istinadən yazır ki, erməni postlarına sarsıdıcı zərbələr endirilib. Şahidlərdən birinin “ Postları elə vururdular ki, sanki indi keçib kəndə girəcəklər” deməsi ermənilərin təxribatına lazımlı cavabın verildiyini ortaya qoyur.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlər zamanı 3 erməni hərbçi ölüb. 4 yaralı var.

Rusiyanın vasitəçiliyi ilə baş tutan atəşkəsdən sonra hazırda sərhəddə vəziyyət sabitdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR