Belə plan görülməyib: Koronavirusu pulla alıb müdirinin qidasına qatdı -

Türkiyənin Adana şəhərində qəribə hadisə baş verib.

Metbuat.az xəbər verir ki, Ramazan Çimen adlı şəxs müdirini koronavirusla öldürməyə çalışıb. Məlum olub ki, o koronavirus xəstəsindən 500 lirəyə tüpürcəyini alıb. Məqsəd ağız suyunu müdirin qidasına qatıb, onu koronavirusa yoluxduraraq öldürmək olub. Lakin onun planı baş tutmayıb. Həmçinin şübhəlinin başqa birindən 215 min lirə mənimsədiyi də üzə çıxıb. Artıq şübhəli saxlanılıb.

Araşdırmalar davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR