“Türkiyənin Əfqanıstana əlavə hərbçilər göndərməsi gündəmdə deyil”.
Metbuat.az xəbər verir ki, Türkiyənin Müdafiə Nazirliyinin Kabildəki hava limanının təhlükəsizliyinin türk hərbçilərinə etibar edilməsinə dair ABŞ-la aparılan danışıqlar barədə açıqlamasında belə deyilir. Bildirilib ki, türk ordusu özünü müdafiə etməyə məcbur qalmadıqca heç bir əməliyyatda iştirak etməyəcək. Açıqlamada məsələ ilə bağlı Əfqanıstanla da danışıqların davam etdirildiyi bildirilib.