x
Loading...

SON DƏQİQƏ: Ərdoğan Azərbaycanın dəstəyindən danışdı -

“Eyni anda ölkənin müxtəlif yerlərində başlayan yanğınlarla bağlı araşdırmalar davam edir. Qəsdən törədilib törədilmədiyi araşdırmalardan sonra məlum olacaq. Lakin bu boş verib keçəcək bir hadisə deyil”.

Metbuat.az xəbər verir ki, prezidenti Rəcəb tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, yanğınların söndürülməsi üçün böyük qüvvə cəlb edilib:

“45 helikopter və digər uçuş vasitələri iş başındadır. 5-6 təyyarəmiz cəlb edilib. Rusiyadan və Ukraynadan aldığımız təyyarələr də var. Azərbaycan da bir təyyarəsini göndərəcək. Bizim üçün ən vacibi bunlardır. Bu təyyarələr anfibik olduğu üçün yanğınla mübarizədə daha təsirlidir”.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR