Ərdən İNANILMAZ ƏMƏL: Arvadının açıq görüntülərini çəkib

Türkiyənin Mersin şəhərində evli cütlük şantaja məruz qalıb.

Metbuat.az xəbər verir ki, cütlüyü hədələyən qadının 10 il əvvəl sevgili olduğu şəxsdir. Məlum olub ki, qadın həmin şəxsin qanunsuz əməllərlə məşğul olduğunu biləndən sonra ondan ayrılıb.

Lakin bir müddət sonra keçmiş sevgilisi yenə də onu narahat etməyə başlayıb. Cütlüyün bütün şəxsi məlumatları hətta bank hesabları 6 nəfərdən ibarət olan dəstənin əlindədir. Hazırda 38 yaşlı qadın dini nigahla ailəlidir. Hədələrə boyun əyən ər-arvad şübhəlilərin bütün istəklərini yerinə yetirib. Şübhəlilər ər-arvadın açıq-saçıq görüntülərini tələb edib. Cütlük onlardan yaxa qurtarmaq üçün buna da razılıq verib.

Lakin şübhəlilər yenə də əl çəkməyib. Cütlük polisə müraciət etsə də, hələlik şübhəlilərin həbsi ilə bağlı qərar verilməyib.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR