Türkiyədə yanğınsöndürənlər alovlar arasında qaldılar -

Türkiyədə meşə yanğınları zamanı çəkilmiş görüntülər yanğınsöndürmə briqadalarının necə ağır şəraitdə xidmət etdiyini nümayiş etdirib.

Görüntülər Türkiyənin Muğla şəhərində çəkilib.

Görüntlərdə yanğınsöndürmə briqadasının əməkdaşlarının yanğın baş verən ərazidə qalan maşınla bağlı danışıqları əks olunub. Videonu çəkən şəxs avtomobili təhlükəli ərazidən çıxarmağa çağırır, lakin əməkdaşlar bunun mümkün olmadığını qeyd edir.

Videoda daha sonra yanğının anidən yolun digər tərəfinə keçməsi müşahidə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR