Bir ailənin 7 üzvünü qətlə yetirdi: Hamını öldürdükdən sonra... -

Türkiyənin Konya şəhərində bir ailəyə silahlı hücum olub və 7 nəfər odlu silahla qətlə yetirilib.

Metbuat.az ucnoqta.az-a istinadən xəbər verir ki, aralarında qadın da olan şəxslər öldürüldükdən sonra ev yandırılıb.

Polisin və yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın söndürülüb. Öldürülənlərin bir ailənin üzvləri olduğu bildirilir.

Dəhşətli qətlin videogörüntüsünü təqdim edirik:

Videogörüntüdə silahlı şəxslı ailə üzvləri arasında mübahisə yarandığı görünür. Həmin şəxsi tərksilah etmək istəyən zaman onlara atəş açır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR