ABŞ Milli Kosmik və Aviasiya Agentliyi (NASA) son zamanlarda dünyada ortaya çıxan yanğınların müşahidə etmək məqsədilə "FİRMS"adlı sistem yaradıb.
Metbuat.az xəbər verir ki, sistemdə Amerika Birləşmiş Ştatlarının Minnesota əyalətindən tutmuş Sibirdəki meşə yanğınlarına qədər olan məlumatlar paylaşılır.
"FİRMS"dəki məlumatlara əsasən, hazırda yanğınların olduğu ərazilər bunlardır:
- Kanadanın cənubu
- ABŞ -ın şimal əraziləri
- Konqo Demokratik Respublikası
- Afrikanın cənubunda yerləşən Zambiya və Anqola ölkələrində
- Rusiyanın Sibir bölgəsi
- Avstraliya sahilləri
- Türkiyə
- İtaliya
- Yunanıstan
Bundan başqa yanğınların Rusiyanın Sibir bölgəsində və Avstraliya sahillərində də gücləndiyi bildirilir. Türkiyəyə gəldikdə isə alovlar Antalya, Adana, Mersin, Muğla, Osmaniye və Kayseridə hələ də davam edir.
Dünyadakı yanğınların baş verdiyi əraziləri aşağıdakı linkdən izləyə bilərsiniz:
https://firms.modaps.eosdis.nasa.gov/map/#t:adv;d:...
Gülər Seymurqızı