“Türkiyədə 125 yanğın ocağından 117-si tamamilə söndürülüb və nəzarət altına alınıb”.
Metbuat.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı və Meşə naziri Bəkir Pakdemirli açıqlama verib. O bildirib ki, hazırda 3 bölgədə 8 ocaqda yanğın davam edir. Nazir bölgədə quru və isti havanın daha 1 həftə davam edəcəyini bildirərək, diqqətin bu bölgələrə yönəldiyini deyib.
Yanğının davam etdiyi bölgələr Muğla, Köycəyiz və Kavaklıdərədir. Yanğınsöndürmə işlərinə 16 təyyarə, 9 İHA, 45 helikopter və digər texnikalar cəlb edilib.