Gömrük Komitəsi bu adda dərmanları ölkəyə buraxmadı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Metbuat.az-a verilən məlumata görə, Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarətindən keçərkən saxlanılıb və yoxlama otağına dəvət olunub.

Yoxlama zamanı vətəndaşa məxsus qara rəngli çamadanın içərisindəki şəxsi əşyaların arasından gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 74 ədəd və 18 qutu müxtəlif adlarda dərman preparatları, 10 ədəd krem, boş dərman qutuları və onlara aid təlimatlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR