İnsanlar təlaş içində: Qəflətən hər yer qaraldı -

Rusiyanın Yakutsk şəhərində gündüz saatlarında Günəş qəflətən yoxa çıxıb. Sosial media istifadəçiləri tərəfindən hadisənin xeyli sayda foto və video görüntüləri paylaşılıb.

Metbuat.az bildirir ki, hadisəyə səbəb kimi Yakutiyada baş verən meşə yanğınları göstərilib.

“Təxminən, günorta saat 13:30 radələrində birdən-birə gündüz gecəyə çevrildi. Hamımız çox qorxduq. Bir saatdan sonra isə hava işıqlandı. Göydən kül yağır”, - deyə yerli sakinlərdən biri bildirib.

Yaranmış tüstü səbəbindən yanğınların söndürülməsi üçün cəlb olunan BE-200 və İL-76P təyyarələri fəaliyyətini dayandırmalı olub.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR