İşdən qovulan stüardessa çılpaq şəkillərini sataraq sərvət qazanır -

İrlandiyanın "RyanAir" hava yollarından qovulan stüardessa çılpaq şəkillər sataraq sərvət qazanıb.

Metbuat.az xəbər verir ki, bu barədə məşhur "The Sun" nəşri yazıb.


Məlumata görə, 27 yaşlı Amanda Sommer 2020-ci ildə stüardessa işindən ayrılmaq qərarına gəlib. Işdən çıxarıldıqdan sonra maliyyə problemləri yaşamağa başlayan qadın istifadəçiləri ödənişli məzmuna giriş əldə edən "OnlyFans" platformasında qeydiyyatdan keçmək qərarına gəlir. Onu bu qərarından hətta sevgilisi də daşındıra bilməyib.

" "OnlyFans"ın yaxşı bir fikir olduğuna qərar verdim, çünki orada telefonunuzda işləyə bilərsiniz və heç kim heç nə bilməyəcək. Ancaq zaman keçdikcə sevgilim ondan bir şey gizlətdiyimdən şübhələndi və tətbiqimi mobil telefonumda tapdı. O, mənə "Ya mən ya işin" deyə ultimatum versə də seçimim sabit gəlirli işim oldu".

Hazırda Sommer bu platformada çılpaq şəkillərini sataraq ayda 15 min funt qazanır. Qız, hazırda sevgili tapmaq istəsə də, onu real həyatda tapmaq arzusundadır.

"İnternetdə görüşmək istəmirəm. Sevgimi real həyatda tapmağı və macəra axtarışında səyahətə getməyi xəyal edirəm" - deyib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR