Geyiminə görə təyyarəyə buraxılmayan qadın özündən çıxdı:

Alyaska Hava Yolları üçüş üçün bileti olan Sierra Steadman adlı "TikTok" istifadəçisini geyiminə görə təyyarəyə buraxmayıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə bələdçisinin Sierra-nı təyyarəyə buraxmaması onu məyus edib. Bununla bağlı o "TikTok" videosunda paylaşım edib.

Paylaşımda fenomen qız özünü heç vaxt bu qədər alçaldılmış, kədərli hiss etmədiyini bildirib. Gənc qadının yaşadıqlarını danışanda göz yaşlarına hakim ola bilməməsi izləyicilərinin reaksiyalarına səbəb olub.

Məsələ ilə bağlı Sierra-nın anası hava yolları şirkətinə müraciət edib. Şirkətdən məsəlinin tezliklə araşdırılacağını, bələdçi ilə bağlı tədbir görüləcəyini bildiriblər.

Gənc qızın təyyarəyə buraxılmamasına səbəb olan geyimi:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR