Rusiyada Su-35 qırıcısının qəzaya düşmə səbəbi

Rusiyanın çoxməqsədli yüksək manevr qabiliyyətli Su-35 qırıcısının qəza etmə səbəbi bəll olub.

Metbuat.az rus KİV-nə istinadən xəbər verir ki, bu barədə olan məlumatda bildirilir ki, təyyarə ekipaj oranı tərk edən zaman tamamilə istifadəyə yararlı imiş. Amma təyyarənin içərisində - kokpitdə quraşdırılan tələlər avtomat rejimində qalıb. Bunun nəticəsində, radioaktiv stansiyasının (radarın) güclü şüalanması da baş verdiyi zaman həmin quraşdırılan tələlərin kilidi açılaraq və öz-özünə atmağa başlayıb.

"Gecə yağış və duman var idi. İlk tur zamanı uçuş zolağında patronların birindən atəş açıldı. Bu zaman uçuş-enmə zolağından gələn əmrə əsasən pilot təyyarədən atlayıb. O, külək səbəbiylə uçuş-enmə zolağının mərkəzinin yaxınlığında, heç bir ziyan görmədən yerə enib” deyə hadisənin təfərrüatlarında bildirilir. Açıqlamada o da qeyd olunur ki, təyyarə təxminən 13 kilometr yüksəkliyə qalxaraq, 1 saat 13 dəqiqə ərzində uçduqdan sonra qəzaya uğrayıb. Qeyd edək ki, qəza hadisəsi iyulun 31-də Rusiyanın Saxalin vilayətinin Dzemgi aerodromunda 23-cü Qırıcı Aviasiya Alayına məxsus təyyarədə baş verib. Su-35 Oxot dənizi akvatoriyasında qəzaya uğrayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR