Banqladeşdə toyda 16 nəfəri ildırım vurub öldürdü

Banqladeşdə toyda bədbəxt hadisə yaşanıb.

Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, qonaqlar toydan sonrakı mərasimə qatılmaq üçün qayıqla digər kəndə getmək istəyərkən qəfil yağış yağıb. Bu zaman onları ildırım vurub. Hadisə nəticəsində 11-si kişi, 5 qadın olmaqla 16 nəfər həlak olub, 6 nəfər yaralanıb. Fəlakətin baş verdiyi anda 7 nəfər huşunu itirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR