İstanbulda meşə yanğını oldu -

İstanbulun Beykoz rayonunda meşə yanğınları başlayıb.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb edilib. Yanğın qısa zamanda söndürülüb.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

Xatırladaq ki, 8 gündür ki, Türkiyənin müxtəlif bölgələrində meşə yanğınları başlayıb. 28 iyuldan bu yana 39 əyalətdə, 174 meşə yanğını əmələ gəlib. Bu yanğınlardan 160 -ı nəzarət altına alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR