Milyarderlər TƏLAŞ İÇİNDƏ:

Alimlər dünya qlobal tənəzzülə uğradığı zaman sığınacaq kimi ən güvənli ölkələrin siyahısını açıqlayıb.

Metbuat.az olke.az-a istinadən xəbər verir ki, buraya Yeni Zelandiya, İslandiya, İngiltərə, İrlandiya və Avstraliya daxildir.

Yeni Zelandiya geotermal və hidroelektrik enerjiyə, böyük əkinçilik ərazisinə sahibdir. O cümlədən, əhalisinin sayının az olması səbəbində bu ölkə siyahıda ilk yerdədir.

Tədqiqatçılar bildiriblər ki, mürəkkəb şəbəkələrdə bir-birinə bağlı olan, enerjiyə əsaslanan qlobal iqtisadiyyatın yaratdığı ekoloji ziyana görə insan sivilizasiyası təhlükəli vəziyyətdədir. Mütəxəssislərin dediyinə görə, ciddi maliyyə böhranı, qlobal istiləşmənin təsiri, təbiətin məhv olması, COVID-19-dan daha pis bir pandemiya və ya bunların birləşməsi qlobal tənəzzüllə nəticələnə bilər.

Hansı ölkələrin belə bir çöküşə qarşı daha dayanıqlı olacağını qiymətləndirmək üçün ölkələr əhalisi üçün qida yetişdirməsinə, sərhədlərini istənməyən kütləvi köçdən qorumasına, elektrik şəbəkələri və bəzi istehsal imkanlarına görə sıralanıb. İlk sıranı mülayim bölgələrdəki və əsasən əhali sıxlığının aşağı olduğu adalar tutub.

"Sustainability" nəşri milyarderlərin qiyamət gününə hazırlıq üçün Yeni Zelandiyadan sığınacaqlar aldığını yazır. İngiltərəmom "Anglia Ruskin" Universitetinin Qlobal Dayanıqlılıq İnstitutunun professoru. Dr. Aled Cons bildirib ki, siyahıda Yeni Zelandiyanın olmasına təəccüblənməyib.

"Sərhədlərin asanlıqla qorunduğu və mülayim iqlimin ən təhlükəsiz olduğu qənaətindəyik. Buna görə də geriyə baxdıqda böyük adaların siyahının ilk yerində olması çox aydındır", o söyləyib.
"Facebook"un San Franciskoda yerləşən keçmiş meneceri Antonio Qarsia Martinez Sakit okeanın şimal-qərbindəki bir adada beş hektar torpaq alıb. Adadakı evinə generatorlar, günəş panelləri və silahlar depolayıb.

"Yahoo"nun keçmiş icraçı direktoru və "500 Startups" şirkətinin hazırkı şəriki Marvin Liao apokalipsis başlayanda ailəsini qorumaq üçün oxatma dərsləri aldığını söyləyib.
Müəssisə kapital firması "Mayfield Fund"un icraçı direktoru Tim Çanq fəlakət baş verərsə, özü və ailəsi üçün yaşayış vasitələri olan onlarla çanta saxladığını söyləyib. O, həmçinin Yeni Zelandiyada və dünyanın bir çox yerində təhlükəsiz evlər üçün daşınmaz əmlaka sərmayə qoyduğunu deyib.

"PayPal"ın qurucusu və "Facebokk"un ilk səhmdarlarından olan milyarder risk sərmayədarı Pitr Tayl Yeni Zelandiyanı "gələcək" olaraq görür: "Bu ölkənin zəngin təbii sərvətləri hər zaman başlanğıc üçün uyğundur". O, Yeni Zelandiyanı "utopiya" adlandırıb və 2011-ci ildə bu ölkənin vətəndaşı olub.

Araşdırmaçılar həmçinin bildirib ki, qorxunc qlobal çöküşlərdən təsirlənməyən və bu səbəbdən əhali sayını əhəmiyyətli dərəcədə qoruya bilən yerləri "xilasetmə qayıqları" adlandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR