"Delta" ştammına qarşı yeni vaksinlər tələb oluna bilər

Koronavirusun "delta" ştammının yayılması ilə mübarizə üçün yeni vaksinlər tələb oluna bilər.

Metbuat.az bildirir ki, bir qrup britaniyalı alimin keçirdiyi tədqiqatlar nəticəsində mövcud vaksinlərin bu ştammla yoluxmaya qarşı səmərəliliyi 49 faizədək, simptomların inkişafına qarşı isə 59 faizədək azalıb.

Mütəxəssislər hesab edir ki, vaksinlərin virusun mutasiyalarına qarşı effektivliyi azaldığına görə, "delta" variantı üçün yeni preparatların hazırlanması məqsədəuyğundur.

Tədqiqatlarda 98 min nəfər iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR