x
Loading...
.

Bir şüşə viskiyə görə ABŞ dövlət katibinə cinayət işi açıldı

ABŞ Yaponiya hökumətinin ABŞ Dövlət katibi Mayk Pompeoya hədiyyə etdiyi 5800 dollarlıq viskini axtarır.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibliyi məlumat yayıb.

İtikin düşən viski ilə bağlı cinayət işi açıldığı bildirilib.

Qeyd olunub ki, ABŞ Dövlət Katibliyində xarici hökumətlər və liderlər tərəfindən verilən hədiyyələrin yoxlanılması zamanı viskinin rəsmi siyahlıa alınmadığı və itkin düşdüyü üzə çıxıb.

Hədiyyənin Pompeoya 2019-cu ildə Japoniyada keçirilən G20 Zirvəsi zamanı verildiyi ehtimal olunur.

Qeyd edək ki, ABŞ Dövlət Katibliyinin qaydalarına görə, ABŞ-lı rəsmilər dəyəri 390 dollardan çox olan hədiyyələri rəsmi qeydiyyata saldırmalıdır. Bu hədiyyələr dövlət əmlakı hesab olunur. Hədiyyəni gizlədənlər onun maddi dəyəri qədər pul ödəməlidir. Bu pulu ödəmək istəməyənlər isə cəzalandırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR