20 ildir sevgili olduğu şəxslə evləndi -

"Böyük şəhərdə seks" serialının ulduzu Con Korbett model-aktrisa Bo Dereklə 20 ildən sonra evlənib.

Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, 60 yaşlı Con illərdir sevgili olduğu aktrisa ilə 8 ay əvvəl nikah masasına əyləşdiyini etiraf edib.

Barmağındakı alyansı izləyicilərinə göstərən Con niyə bu qədər uzun müddətdən sonra evlilik qərarı aldıqlarını açıqlayıb. O, 2020-ci ilin dünya üçün çox çətin keçdiyini və onu belə xatırlamaq istəmədiklərinə görə, ailə həyatı qurduqlarını bildirib.

Qeyd edək ki, bu, C.Korbettin ilk, B.Derekin isə ikinci evliliyidir. Aktrisa özündən 30 yaş böyük həyat yoldaşı ilə 12 il evli qaldıqdan sonra 1998-ci ildə ürəktutmasından onu itirmişdi.

20 ildir sevgili olduğu şəxslə evləndi - FOTO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR