Dünya TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ: Mübarizələr nəticə vermir -

“Hazırda dünyamız real təhlükə dövrünə qədəm qoyub və koronavirusa qarşı mübarizədə qazanılan nailiyyətlər tənəzzülə uğrayır”.

Metbuat.az xəbər verir ki, bu sözləri təşkilatın Baş katibi Tedros Adanom Qebreisus Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv ölkələr üçün Cenevrədə keçirilən brifinq zamanı qeyd edib.

Onun sözlərinə görə, sosial əlaqələrin artması, səhiyyə və ictimai sahədə uyğun olmayan tədbirlərin görülməsi, həmçinin qeyri-bərabər vaksinasiya koronavirusun yayılmasına səbəb olur.

Qebreisus həmçinin xatırladıb ki, vaksinlərin 80%-dən çoxu yüksək və orta gəlirli ölkələr tərəfindən alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR