Türkiyədə yanğın bölgələrinin sayı 2-yə endi

13 gündür Türkiyədə davam edən yanğınlar demək olar ki, söndürülüb.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, sadəcə 2 bölgədə - Milas və Köyceğizdə yanğınlar davam edir. Türkiyə kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdəmirlinin sözlərinə görə, digər bölgələrdəki yanğınlar nəzarətə alınıb. Yaşayış bölgələri üçün artıq heç bir təhlükə qalmayıb.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR