SON DƏQİQƏ! Türkiyədə bomba həyəcanı:

Türkiyənin Mardin şəhərində suriyalı kamikadze zərərsizləşdirilib.

Metbuat.az Türkiyə KİV- nə istinadla xəbər verir ki, özünü partlatmağa hazırlaşan terrorçu təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib. Suriya vətəndaşı olduğu təyin olunan şəxsin üzərində 2,5 kilo partlayıcı maddə olduğu müəyyən edilib.

Türkiyə Daxili İşlər Nazirliyindən fakt ilə bağlı belə bir açıqlama edilib:

"Mardin Nusaybin rayon mərkəzində, vəziyyətindən şübhələnərək polis qrupları tərəfindən dayandırılması istənən şəxs, üzərindəki bombanı partlatmağa çalışdığ zamanı sdərhal zərərsizləşdirilib. Hadisə səhər saatlarında baş verib. Aksiyaya hazırlaşan terrorçu, dayanma xəbərdarlığına və havaya atəş açmasına baxmayaraq əlində bomba ilə təhlükəsizlik qüvvələrinə doğru qaçmağa başladığı zaman ölüb. Əməliyyatdan sonra hadisə yerində təhlükəsizlik tədbirləri görülərək, mütəxəssis qruplar tərəfindən bomba zərərsizləşdirilib".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR