Dünya bu açıqlamalarla silkələndi:

Koronavirus pandemiyası nə vaxt bitəcək? Çiçək xəstəliyinə qalib gələn həkimdən yeni açıqlamalar.

Dünya təxminən iki ildir ki, koronavirus pandemiyası ilə mübarizə aparır. Hamının ağlında "pandemiya nə vaxt bitəcək?" sualı var.

Metbuat.az Daily Mail-ə istinadən xəbər verir ki, bu suala çiçək xəstəliyinə qalib gələn, "virus qatili" adlandırılan həkim Larry Brilliant aydınlıq gətirib. Çiçək xəstəliyinin dünyadan silinməsində böyük rolu olan həkim "Delta" ştammını indiyədək var olan ən çox yoluxuculuq qabiliyyəti olan virus ştammı adlandırıb. Dünyanın isə pandemiyanın sonunda deyil, hələ başlanğıcında olduğunu bildirib.

"200-dən çox ölkədə hər kəs peyvənd olunmasa bundan sonra da yeni ştammlar olacaq" - deyən həkim, pandemiyanın bitməsinin tək yolu peyvəndləmədən keçdiyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR