İtaliyanın "Chivasso" şəhərində yaşayan və 2020-ci ilin mart ayında "TikTok" hesabı açan "Lame", 17 ayda 108.8 milyon izləyiciyə sahib olub. "Səssiz komediyaçı" olaraq da bilinən "Lame", "TikTokda" izləmə sayı 100 milyon abunəçini keçən ikinci istifadəçidir.
Metbuat.az xəbər verir ki, Seneqalda anadan olan və 1 yaşında ailəsi ilə birlikdə İtaliyaya köçən "Lame", ən sürətlə artan izləyici sayına və Avropada ən çox izlənilən profilə sahib olan "TikTok" istifadəçisidir. Bu barədə "TikTok"a müsahibə verən "Lame", 15 Mart 2020-ci ildə Covid-19 səbəbiylə işlədiyi fabrikdə işdən çıxarıldığını və "TikTok" macərasının o vaxt başladığını söyləyib.

Uşaqlıqdan bəri insanları güldürməyi sevdiyini və işsiz ikən otağında "TikTok" videoları çəkməyə qərar verdiyini söyləyən "Lame" TikTok videolarını lağa qoyan skitlər hazırlayır.
Qeyd edək ki, "Charli d'Amelio", 123.6 milyon abunəçisi və ümumilikdə 9.8 milyard bəyənmə ilə ən çox izləyicisi olan TikTok hesabına sahibdir. Ümumi 1.6 milyard bəyənmə ilə "Lame"in tezliklə "d'Amelio"nu keçəcəyi və "TikTok"da ən çox izləyicisi olacağı təxmin edilir.