Liviyanın devrilmiş prezidenti Muəmmər Qəddafinin oğlu Sədi Qəddafi sərbəst buraxılıb.

Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, 48 yaşlı Qəddafi Tripolidəki həbsxanadan sərbəst buraxılıb. Sədi Qəddafi azadlığa çıxandan sonra Türkiyəyə yola düşüb.

Qeyd edək ki, Sədi Qəddafi atasının hakimiyyəti illərində idman sahəsi üzrə fəaliyyətlərə rəhbərlik edirdi.