Rusiya Afrikanı ələ keçirir: 9 ölkədə... -

Rusiyanın muzdlulardan ibarət “Wagner” qrupu Afrikada 9 ölkəyə yayılıb.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazıb. İddialara görə, “Wagner” yaxın günlərdə Mali hökuməti ilə təhlükəsizlik sazişi imzalayacaq. Bildirilir ki, muzdlular yerli hərbçilərə təlim keçir, liderlərin təhlükəsizliyini təmin edir və enerji mənbələrinin mühafizəsini təşkil edir.

Mali ilə yanaşı Liviya, Sudan, Mozambik və digər ölkələrdə muzdlu silahlıların fəaliyyəti genişlənir. Bunların qarşılığında muzdlulara bir sıra imtiyazlar verilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR