Şimali Koreya da AUKUS-a etiraz etdi

Şimali Koreya Hind-Sakit okeanı bölgəsi ilə bağlı imzalanan AUKUS sazişinə etiraz edib.

Metbuat.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin açıqlamasına görə, saziş bölgədə nüvə silahlanması yarışını sürətləndirə bilər. Açıqlamada bu sazişin arzuolunmaz təhlükəli müqavilə olduğu bildirilib.

Qeyd edək ki, sazişə görə, ABŞ və Böyük Britaniya Avstraliyanı nüvə enerjisi ilə işləyən azı 8 sualtı qayıqla təmin edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR