​Ərdoğanla görüş öncəsi Putindən ŞOK MESAJ -

Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın görüşündən əvvəl baş verən proseslər ciddi toqquşmların baş verə biləcəyindən xəbər verir.

Metbuat.az xəbər verir ki, Türkiyəli şərhçi Taha Dağlıq belə açıqlama verib. O şərhində qeyd edib:

“Putin Əsədi qəbul etdi. Putin Suriya torpaqlarının 90 faizinin Əsədin nəzarəti altında olduğunu dedi. Putinin bu hesabına görə Fərat çayının şərq sahilində yer alan torpaqlar Suriya torpaqları deyil. Əgər Putin səhv açıqlama verməyibsə demək Fərat çayının şərqindəki PKK terrorçularına muxtariyyət mesajı verir. Putinin bu açıqlamasından sonra PYD terrorçularının liderlərindən olan İlham Ahmed Rusiyanın Xarici İşlər nazirinin köməkçisi tərəfindən qəbul edilib. Suriya ordusu Rusiya və İran müxaliflərin son iki qalasından biri olan Dəranı aldı. Növbə İdlibə çatıb. İdlibə hücum qaçqın axınına səbəb olacaq və bu Türkiyəni çətin vəziyyətdə saxlaya bilər. Rusiya hazırda İdlibə hücumlar edir aqressiv davranışlar sərgiləyir. Təbii ki, bu aqressivliyin Qafqaz tərəfi də var. Türkiyə-Azərbaycan-Pakistan təlimləri Rusiyanı narahat etdi. Rusiya son 10 gündə yəni Ərdoğan-Putin zirvəsi öncəsi Türkiyəyə qarşı 3 həmlə edib. Həm İldib həm PYD həm də Qafqaz üzərindən.


Türkiyənin Liviya, Azərbaycan, Əfqanıstan, Suriya Gürcüstan və Ukrayna ilə bağlı siyasəti Rusiyanı aqressivləşdirir. Putin nə vaxt Türkiyənin addımından narahat olsa, Ankaranın “zəif yeri” olan İdlibə hücum edir. Sonuncu dəfə bunu edəndə 34 hərbçimiz şəhid olmuşdu. Lakin cavab artıqlaması ilə oldu. İranın dəstəklədiyi silahlılar və suriyalı hərbçilər olmaqla 2000-dən çox silahlı öldü. Rusiyanın müdafiə silahları məhv edildi. Rusiya yenə də İdlib üzərindən “rus ruleti” oynamaq istəyə bilər. Amma zərərləri yenə də tək tərəfli olmayacaq”.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR