Messi PSJ-nin növbəti oyununda oynamayacaq

PSJ-nin hücumçusu Lionel Messi qrupda məşqlərə hələ də başlamayıb.

Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, ulduz futbolçu Fransa çempionatının “Lion”la oyununda dizini zədələdikdən sonra qaçış məşqlərinə qayıtmayıb.

Argentinalı oyunçunun “Monpelye” ilə görüşü buraxacağı da güman edilir.

Məşq Qərargahı onun gücünü Çempionlar Liqasında “Mançester Siti” ilə oyuna qorumaq istəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR