Kremlin mətbuat katibi Dmitri Peskov sentyabr ayının 29-da Soçidə Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında baş tutacaq görüşün gündəliyini açıqlayıb.
Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, prezidentlər Suriya, Əfqanıstan və Liviyadakı məsələləri müzakirə edəcək.
“İki liderin müzakirə edəcəyi çox şey var. Əvvəla Suriya və əlbəttə Əfqanıstan, Liviya və digər beynəlxalq məsələlər müzakirə ediləcək” - deyə Peskov bildirib.