Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Soçidə baş tutan görüşün bəzi detalları məlum olub.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, liderlərin Suriyanın İdlib bölgəsində mövcud tatus-kvonun qorunması ilə bağlı razılığa gəldiyi bildirilib. Görüşdə iştirak etdiyi iddia edilən yüksək rütbəli türk rəsmisi yerli mediaya bildirib ki, ötən ilin mart ayında imzalanan atəşkəsə əməl ediləcək.
Məlumata görə, görüş zamanı Suriyadan əlavə, Liviya və Qarabağdakı vəziyyət həmçinin S-400 müdafiə sistemlərinin ikinci partiyasının tədarükünü müzakirə edilib.