“Facebook”, “WhatsApp” və “Instagram” sosial media platformaları fəaliyyətlərini bərpa edib.

Metbuat.az xəbər verir ki, hazırda sayt və tətbiqlər işləyir.

"Facebook" rəsmi Tvitter hesabında sosial şəbəkənin işində yaranan problemin həll olunduğunu bildirib:

“Tətbiqlərimizə və xidmətlərimizə girişi bərpa etmək üçün çox çalışdıq və indi yenidən onlayn olduqlarını bildirməkdən məmnunuq. Bizimlə birlikdə olduğunuz üçün təşəkkür edirik”.