Azərbaycan və İrlandiya milli komandaları arasında keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatının seçmə oyunu üçün hakim təyinatları bəlli olub.
Metbuat.az xəbər verir ki, matç Norveçdən olan hakimlər briqadasına həvalə edilib.
FIFA referisi Espen Eskasa yan xətt hakimləri qismində Kim Tomas Haqlund və Oystein İtterland köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kay Erik Stin yerinə yetirəcək.
VAR hakimi türkiyəli Abdulkadir Bitigen, onun köməkçisi isə Ali Palabıyık olacaq.
Xatırladaq ki, Azərbaycan - İrlandiya matçı oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlanacaq.