"Azərbaycan millisi bizim üçün həyatı çətinləşdirdi"

“Bura qələbə qazanmaq üçün gəlmişik".

Metbuat.az xəbər verir ki, bunu İrlandiya yığmasının futbolçusu Con İqan deyib.

İrlandlar sabah DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq. Matç öncəsi Bakı Olimpiya Stadionunda təşkil olunan mətbuat konfransında 29 yaşlı müdafiəçi hədəflərinin qalibiyyət olduğunu bildirib: “Dublindəki görüş çətin olmuşdu. İstədiyimiz nəticəni ala bilmədik, məyus olduq. Bu dəfə qələbə qazanmaq arzusundayıq".

Vitse-kapitan İrlandiyada 1:1 hesabı ilə başa çatan görüşlə bağlı fikrini də bölüşüb: "İlk oyuna yaxşı başlamışdıq. Amma 15-20 dəqiqədən sonra rəqib topu ələ keçirdi, bizim üçün həyatı çətinləşdirdi. Gözəl qol da vurdular. Ancaq ikinci hissəni yaxşı keçirdik, bərabərlik topunu da vurduq. Ancaq təəssüf ki, qələbə qazana bilmədik".

O, futbolçuların sabahkı oyuna hazır olduğunu deyib: "Hamının durumu yaxşıdır. Müvafiq prosedurlardan keçmişik. Ümid edirik ki, sabah da uğurlu çıxış edəcəyik. Son oyunlarda qol vurmuşam. Sabah da məqsəd qol vurmaq olacaq. Millidə qol sarıdan çətinlik çəkirik. İnanıram ki, nəhayət, bu problem həll olacaq, topu qapıdan keçirmək mümkün olacaq. Bizdə həmişə motivasiya var. Hər növbəti oyunda qələbə qazanmaq barədə düşünürük. Bütün kənar məsələləri unudub, sabahkı matça köklənmək istəyirik" (apasport.az).


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR