DÇ-2022: Millimiz İrlandiya ilə matçda uduzdu

Azərbaycan və İrlandiya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, matç İrlandiya millisinin 3:0 hesablı qələbəsi ilə bitib.

Belə ki, matçın 7, 39 və 90- cı dəqiqəsində qonaqlar millimizin qapısından qol keçirərək inamlı qələbə qazanıblar.

Qeyd edək ki, qarşılaşmanı Norveçdən olan hakimlər idarə edib. FIFA referisi Espen Eskasa yan xətt hakimləri qismində Kim Tomas Haqlund və Oystein İtterland köməklik göstərib. Dördüncü hakim funksiyasını Kay Erik Stin yerinə yetirib.

VAR hakimi türkiyəli Abdulkadir Bitigen, onun köməkçisi isə Ali Palabıyık olub.

Bu qələbədən sonra xallarını 5-ə çatdıran İrlandiya yığması 4-cü pillədəki mövqeyini qoruyub. Azərbaycan isə 1 xalla qrupda sonuncudur.

20:40

Xəbər verdiyimiz kimi, hazırda Azərbaycan və İrlandiya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu davam edir.

Metbuat.az xəbər verir ki, matçın 39-cu dəqiqəsində rəqib komanda ikinci qola imza atıb. Belə ki, İrlandiya yığmasının üzvü Kallum Robinson komandasına ikinci qolu qazandırıb.

Hesab 2:0-dır.


20:10

Bakıda Azərbaycan və İrlandiya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu başlayıb.

Metbuat.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən görüşün 7-ci dəqiqəsində qonaqların futbolçusu Kallum Robinson fərqlənib.

Hələki 1:0 hesabı ilə rəqib komanda öndədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR