Bu il Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “2021-ci ilin ilk 9 ayı: İqtisadi artımın bərpası və post-konflikt quruculuğu” mövzusunda hazırladığı “İslahat İcmalı” hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, bu ilin ötən dövründə ölkəyə 515 280 əcnəbi gəlib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25 % - 686 303 nəfər azdır. Senrtyabr ayında isə Azərbaycana 72 686 nəfər əcnəbi səfər edib. Bu göstərici ötən ilin müvafiq ayında 36 531 nəfər olub, yəni 99 % artım qeydə alınıb.

Sentyabr ayında Azərbaycana ən çox Türkiyə (20 186 nəfər), Rusiya (18 967), İran (16 270), Gürcüstan (5 503), Ukrayna (1 270) vətəndaşları səfər edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR