Haftar İsraildən kömək istədi: Bizə hərbi dəstək verin

Liviyada üsyançı qüvvələrin lideri Xəlifə Haftar İsrailə əməkdaşlıq təklif edib.

Metbuat.az xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti iddia irəli sürüb. İddialara görə, Haftar təklifini oğlu Səddam vasitəsilə gizlicə Təl-Əvivə göndərib. Təklifdə, gələcəkdə Liviya və İsrail arasında diplomatik münasibətlərin qurulması qarşılığında Təl-Əvivdən siyasi və yardım tələb edilib.

Məlumata görə, Təl-Əvivdəki gizli danışıqlarda İsrailin təhlükəsizlik xidmətlərinin əməkdaşları da iştirak edib. İddia edilir ki, görüş Liviyada yanvar ayının 24-də təşkil ediləcək prezident seçkiləri ilə əlaqəlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR