Acun Ilıcalıdan "MasterChef 2021"in iştirakçısının həyatını dəyişəcək

Türkiyədə keçirilən "MasterChef 2021" kulinariya müsabiqəsinin iştirakçısına "TV 8" telekanalın rəhbəri Acun Ilıcalıdan sürpriz təklif gəlib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, müsabiqənin sevilən iştirakçılarından olan Emre Büberin müsabiqədən kənarlaşdıqdan sonra Avstriyaya yola düşmək üçün bilet aldığı, ora geri dönəcəyi bildirilirdi. Belə ki, Acun Ilıcıalı təyyarə biletini almaq istəmiş, amma Emre razılaşmamışdı. Müsabiqədən kənarlaşan Emrenin atası açıqlaması ilə izləyicilərə üzücü xəbəri çatıdrıb. O, oğlunun parkinson xəstəsi olduğunu bildirib.

Hər zaman iştirakçıların şəxsi həyatları ilə maraqlanan, onların uğurlarına biganə qalmayan Acun Ilıcalı Emreye gözlənilməz təklif edib. Belə ki, o, Emreye Qastronomiya və Kulinariya İncəsənəti şöbəsində iş təklifi edib. Bundan sonra Avstriyaya qayıtmağına ehtiyac qalmayan Emre Büber bundan sonra həm müalicə oluna, həm də sevdiyi işlə məşğul ola biləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR