"Instagram"dan iki

"Instagram" sosial şəbəkəsi yenilikləri ilə yenidən gündəmdədir.

Metbuat.az xəbər verir ki, bundan sonra istifadəçilər paylaşıma eyni vaxtda yüklənmiş görüntülərdən təkcə bir şəkli və ya videonu silə bilərlər. İndiyə qədər bu mümkün deyildi, ancaq bütün paylaşım silinməli idi.

Bundan başqa, “Rage Shake” (və ya “şiddətli sarsıntı”) xidməti ilə istifadəçilər problem barədə sürətli məlumat verə biləcək. Xəta və ya “bug” ilə qarşılaşan istifadəçi sadəcə işləyən proqramın açıq olduğu halda smartfonunu silkələməlidir. Bu zaman ekranda pəncərə açılacaq və orada şikayəti yazmaq olacaq.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR