Şimali Koreya kosmosa peyk göndərməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, bu barədə Daily Star qəzeti məlumat yayıb. Məlumata görə, ölkə lideri Kim Çen In bununla bağlı təlimat verib. Hətta məsələ elm adamları arasında müzakirə edilib. Peykin Şimali Koreya iqtisadiyyatına verəcəyi faydalar nəzərdən keçirilib.

Peykin kosmosa nə vaxt göndəriləcəyi məlum deyil. Lakin qəzet bunun yaxın zamanda baş tuta biləcəyini irəli sürür. Bu, Şimali Koreyanın iqtisadiyyatının çətin vəziyyətdə olduğu bir vaxtda Kim Çen In üçün yaxşı təbliğat ola bilər.