x
Loading...

Putinlə Baydenin görüş vaxtı açıqlandı

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Co Bayden dekabrın 7-də videobağlantı vasitəsilə görüşəcəklər.

Metbuat.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Bildirilir ki, liderlər ikitərəfli münasibətlərdəki vəziyyəti müzakirə edəcək və beynəlxalq gündəmdəki aktual məsələlər - Əfqanıstan, İran, Liviyadakı vəziyyət və Ukrayna məsələsinə toxuna bilərlər.

Bundan əlavə, dövlət başçıları pandemiya, iqlim dəyişikliyi ilə mübarizə və neft bazarı problemlərini müzakirə edə bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR