“Şimali Koreya lideri Kim Çen Inla heç bir şərt irəli sürmədən danışıqlar aparmağa hazıram”.

Metbuat.az xəbər verir ki, Yaponiyanın Baş naziri Fumio Kişida belə açıqlama verib. O bildirib ki, indiyə qədər baş verən gərginliklər keçmişdə qalıb. Hökumət başçısı Şimali Koreya ilə münasibətlərdə yeni mərhələyə başlamağa hazır olduğunu bəyan edib.

Kişida Yaponiya ilə Şimali Koreya arasında əlaqələrin normallaşdırmaqda maraqlı olduğunu deyib.