Şimali Koreyada gələcəyin yol xəritəsini müəyyən etmək üçün toplantı keçirilir.
Metbuat.az xəbər verir ki, qapalı toplantı zamanı həm keçmişdəki siyasi həmlələr və layihələrin nəticələri nəzərdən keçiriləcək həm də gələcəkdə atıla biləcək addımlar müəyyənləşdiriləcək. Məlumata görə, müzakirələrdə ölkə lideri Kim Çen In da iştirak edir. Lakin onun çıxışı barədə açıqlama verilməyib. Ötən gün başlayan toplantının neçə gün davam edəcəyi məlum deyil.
Ölkə mətbuatında “mühüm” adlandırılan toplantının Kim Çen Inın hakimiyyətdə olmasının 10-cu ilini qeyd etdiyi ərəfəyə təsadüf etməsi diqqət çəkir.