Livan yenidən qaranığa qərq oldu

Ötən ilin avqustunda qaranlığa qərq olan Livanda yenidən elektrik enerjisi böhranı baş verib.

Metbuat.az xəbər verir ki, yanvarın 8-də yanacaq təchizatında yaranmış fasilədən sonra əhali elektrik stansiyalarına, transformatorlara hücum edərək avadanlıqları dağıdıb.

İnsident nəticəsində paytaxt Beyrut da daxil olmaqla ölkənin bütün şəhərləri qaranlığa qərq olub. Artıq 20 saatdan çoxdur ki, Aralıq dənizi sahillərindəki bu kiçik ölkə işıqsız qalıb.

Beyrutda yaranmış böhrandan istifadə edən möhtəkirlər dizel yanacağının və elektrik generatorlarının qiymətini qaldırıblar.

Hazırda Baş nazir Nəcib Mikatinin başçılıq etdiyi hökumət elektrik enerjisi təchizatını bərpa etmək üçün Misir və İordaniya ilə danışıqlar aparır.

Polis qüvvələri tərəfindən əhalinin hücumuna məruz qalan elektrik stansiyalarının mühafizəsi gücləndirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR